Məzmuna keç
TİPY.AZ

Suallar

Tapmadığınız sual varsa bizə yazın.

Ödəniş

Alınan simvolik ödənişlər xidmətin kəsintisiz işləməsini təmin etmək, qeyri-ciddi müraciətlərin qarşısını almaq və texniki infrastrukturu saxlamaq üçün layihənin fonduna yönləndirilir. Ödəniş psixoloqun vaxtını qorumaq üçündür.

Bizə yazın. Maddi imkanı olmayan müraciətçilər üçün həll yolu tapmağa çalışırıq. Bunu izah etməyə məcbur deyilsiniz.

Xeyr. Ödəniş bank tərəfindən emal olunur, kart nömrəsi bizim sistemə düşmür.

Bir müraciət üçün. Ödəniş 24 saat ərzində keçərlidir — həmin söhbət davam etdiyi müddətdə əlavə ödəniş alınmır.

Üzvlük

Kabinetdən kodu yenidən yoxlayın. Üzvlük müddəti bitibsə kod deaktiv olur. Problem davam edərsə bizə yazın.

Kabinetdən bir kliklə. Səbəb soruşulmur. Ayın sonuna qədər dəstək davam edir.

Rəsmi limit yoxdur. Sistemdən sui-istifadə hallarında əlaqə saxlayırıq — amma normal istifadədə heç bir məhdudiyyət hiss etməyəcəksiniz.

Xidmətin hüdudları

Xeyr. TİPY təcili ilk psixoloji yardımdır. Diaqnoz qoymuruq, dərman təyin etmirik, uzunmüddətli terapiya aparmırıq. Ehtiyac olduqda uyğun mütəxəssisə yönləndiririk.

Yaza bilərsiniz və psixoloq sizinlə danışacaq. Amma dərhal təhlükə varsa — özünüzə zərər vermək üzrəsinizsə — TİPY-i gözləməyin, 103 və ya 112 zəng edin. Bu daha sürətlidir.

18 yaşdan kiçiklər üçün valideyn və ya qəyyum iştirakı tələb olunur. Özünüz valideyn kimi də müraciət edə bilərsiniz.

Orta cavab müddəti 5 dəqiqədən azdır. Pik saatlarda (axşam 21:00–02:00) bir qədər uzana bilər.

Məxfilik

Yalnız növbətçi psixoloqa. Söhbət məzmunu üçüncü tərəflə paylaşılmır və reklam üçün istifadə edilmir.

Xeyr. İstədiyiniz adla və ya adsız yaza bilərsiniz.

WhatsApp söhbətləri WhatsApp-ın öz serverlərində qalır — bu bizim nəzarətimizdə deyil. Biz ayrıca arxiv saxlamırıq.

” üzrə nəticə tapılmadı.

Sualınızı birbaşa soruşa bilərsiniz — cavab veririk.

Sualı yaz